Tarixdə ən çox satılan mobil telefon açıqlanıb

Tarixdə ən çox satılan mobil telefon açıqlanıb

Dünyada ən çox satılan mobil telefonun Nokia 1100 olduğu açıqlanıb. 
Aktual.az xəbər verir ki, bu barədə BGR nəşri yazıb.
Məlumata görə, 2003-cü ildə satışa çıxarılan Nokia 1100 modeli ümumilikdə 250 milyon ədəd satılaraq tarixdə ən populyar mobil cihaz olub və həm Apple, həm də Samsung smartfonlarını geridə qoyub.
İkinci yerdə 2005-ci ildə təqdim edilən Nokia 1110 modeli qərarlaşıb. Bu cihazın satış göstəricisi 248 milyon ədəd təşkil edib.
Üçüncü sırada isə iPhone 6 və iPhone 6 Plus modelləri yer alıb. Bu iki cihazın ümumi satış sayı 224 milyon ədədə çatıb.
Məqalədə qeyd olunur ki, Nokia telefonlarının bazara çıxdığı dövrdə mobil texnologiya bazarı indiki qədər rəqabətli deyildi. O zaman Finlandiya şirkətinin əsas rəqibləri Blackberry, Sony, Motorola və digər bir neçə istehsalçı idi.(milli.az)
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR