Şuşada Vaqif Poeziya Günləri başa çatıb

Şuşada Vaqif Poeziya Günləri başa çatıb

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb.

Aktual.az xəbər verir ki, iki gün davam edən poeziya günləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutub.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunub.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də "Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, daha sonra şairlərin çıxışları, konsert proqramı ilə davam edib.
Xəbər 1556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR