Çin ordusu robotları müharibəyə hazırlayır

Çin ordusu robotları müharibəyə hazırlayır
  • DÜNYA

Çin ordusu hərbi humanoid robotların hazırlanmasını sürətləndirir və onları real döyüş əməliyyatlarında istifadəyə hazırlayır.

Aktual.az xəbər verir ki, bu barədə "Röyters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, buna 2026-cı ilin avqustunda Çində keçirilən Ümumdünya Humanoid Robotlar Oyunları təkan olub. Yarışlarda robotlar boks, rəqs və qaçış üzrə mübarizə aparıblar. Yarışların başa çatmasından cəmi iki gün sonra Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) rəsmi nəşri texnologiyaların laboratoriyalardan hərbi poliqonlara daha sürətlə transfer edilməsinə çağırıb.

Agentliyin əldə etdiyi məlumata görə, Çin hələ 2025-ci ildən robotların kompüter görməsi, müxtəlif əşyaları manipulyasiya etmək qabiliyyəti və böyük həcmli təlim məlumatları üzərində araşdırmalara diqqət yetirir. Dünyada humanoid robot tədarükünün təxminən 95 faizi Çinin payına düşür.

Çin hərbçilərinin planına görə, humanoid robotlar adi piyada əsgərlərlə birlikdə fəaliyyət göstərməlidirlər.

Tədqiqatın müəllifləri nəzəri olaraq qarşıdakı 5–10 il ərzində meydana çıxa biləcək texnologiyaları əsas götürüblər.
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR