SOCAR 2 milyardlıq kredit götürür

SOCAR 2 milyardlıq kredit götürür

ARDNŞ şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Bankından (ABB) ilk kredit tranşı alacaq.

Bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Vitse-prezident qeyd edib ki, kreditin ümumi həcmi 1,86 milyard manat təşkil edəcək: "Kreditin 1,26 milyard manatı Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi işlərinə, 600 milyon manat isə "Bulla Dəniz" və "Günəşli"də qazma işlərinə sərf olunacaq".\trend

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR