Şeyx Rövşənin bütün obyektlərini ələ keçirdi

Şeyx Rövşənin bütün obyektlərini ələ keçirdi

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin bütün obyektləri "Şeyx Həmzət" ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun nəzarətinə keçib.

Aktual.az virtual.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbə məlumat yayıb.
 
Xəbər verildiyi kimi bundan əvvəl Lənkəranskinin İtaliyanın Pozitano şəhərində 101 milyon avro nəğd pula iki lüks otel -"Le Sirenuse" və "Hotel Covo dei Saraceni" otellərini aldığı üzə çıxmışdı. Həmin otellərdən biri kriminal avtoritetin qohumlarının, digəri Şeyx Həmzətin arvadının adına rəsmiləşdirilib. Lakin daha sonra Şeyxin vəkilləri digər oteli də məhkəmə yolu ilə Lənkəranskinin qohumlarından alıblar.

Məlumata görə, Qastemirovun getdikcə güclənən klanı Avropada kriminalın "obşak"ına nəzarət edir.  Avropa ölkələrində onun topdansatış bazaları var. Bu bazalardan Rusiya bazarlarına mallar göndərilir. FTX-dəki mənbə deyib ki, Qastemirovun nəzarətindəki "obşak"ın aktivləri iri bankın aktivləri ilə müqayisə oluna bilər. Hazırda Rusiya DİN-də FTX-də Qastemirovun barəsində 37 cinayət dosyesi var.

Avropadakı "obşak"ın Şeyx Həmzətin nəzarətinə verilməsi məsələsi hələ "Şakro Molodoy" ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun Ermənistanda keçirdiyi "sxodka"da qəbul olunub. "Şakro" özü hazırda həbsdədir, iyul ayında həbs olunub.

 // Aktual.az
 

Xəbər 10419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR