Zelenskinin ailəsi hardadır?

Zelenskinin ailəsi hardadır?

"Ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm”

Aktual.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışarkən deyib.

Almaniyanın "Zeit” qəzetinə müsahibə verən dövlət başçısı ailəsnin Rusiyanın hücumlarının başladığı gündən Ukraynada olduğunu bildirsə də, onların olduğu yeri təhlükəsizlik səbəbindən açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın digər dövlət orqanlarının Ukrayna Prezidenti Volodimir Zelenski və komandasının üzvlərinin ölkəni tərk etməyə məcbur olacağı təqdirdə tədbirlər planı hazırlamağa başladığı bildirilib.
Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR