“Sərdar Cəlaloğluna hakimiyyətdən hər ay aldığı 10000 dollar azlıq edir" – Niyaməddin Orduxanlı

“Sərdar Cəlaloğluna hakimiyyətdən hər ay aldığı 10000 dollar azlıq edir

ADP sədri Sərdar Cəlaloğlunun BAXCP sədri Qüdrət Həsənquliyevə qarşı ittihamlarına cavab verilib.

 BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Aktual.az saytına açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlunun açıqlamaları növbəti böhtan və yalandır: ”Sərdar Cəlaloğlu utanmadan yalan danışır, böhtan atır.  Xalq arasında qırmızı sifət böhtançı qaşıq kimi tanınan Sərdar Cəlaloğlu yenə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev barədə çərənləməyə başlayıb. Regionçuluq xəstəliyinə tutulmuş və region insanının iztirablarından faydalanan bu qeyri-ciddi adam həmyerliləri tərəfindən fitlə Qüdrət bəyin üzərinə yönləndirilir. BMT Nizamnaməsi ilə "xalqın üsyan hüququ var" deyən, iqtidarın fit müxalifəti ilə əlbir dairəsindən "faydalanan” bu təxribatçı zamanında Qüdrət bəy tərəfindən ifşa olunub. Görünür, hər ay aldığı 10000 dollar azlıq edir. Tezliklə "Nobel” mükafatı alıb bütün xərclərini qarşılayar"
 
Aktual.az
Xəbər 2385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR