“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”

“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”

"Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”.

Aktual.az xəbər verir ki, bu sözləri Ədalət və Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlı "Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, AXCP sədri Azərbaycana təzyiq göstərməyə çalışan bir sıra ölkələrin və təşkilatların sifarişi əsasında bu addımı atıb:

"Yəni, bu Əli Kərimlinin özünün təşəbbüsü deyil. Onsuz da onun çağırışına dəstək verilməyəcək. İndiki vəziyyətdə insanları mitinqə çağırmaq məsuliyyətsizlik və xainlikdir. Ümumiyyətlə, bu radikal qüvvələr hər zaman təxribat törətməyə cəhd edirlər”.

Həmsöhbətimiz qeyd edib ki, Əli Kərimli Azərbaycana qarşı aparılan kampaniyalarda əsas rol oynayır:

"Bir müddət əvvəl ABŞ, Avropa İttifaqı və Ermənistan arasında birgə görüş keçirildi. Məhz o görüşün əsas istiqaməti Azərbaycana qarşı aparılan kampaniya idi. Üstəlik, Ermənistanın Azərbaycanla sərhədə ağır texnikalar yığdığı bir vaxtda Əli Kərimli daxildə bu cür xəyanət mövqeyi tutur. O, belə bir vəziyyətdə ölkə daxilində mitinqin keçirilməsinə çağırış edir. İndiki dövrdə Əli Kərimli müxalifətdəki Paşinyanımızdır.

O, hətta Qərbi Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Əli Kərimli açıq formada ölkəmizdə "5-ci kolon” rolunu ustalıqla oynayır. Təbii ki, bunun müqabilində ona xarici dairələrdən müəyyən qədər pul verilir. Kərimli pulun əsasında bu cür kampaniyalar həyata keçirir. Əli Kərimlinin pula olan sevgisini də hamı çox yaxşı bilir”.

Niyaməddin Orduxanlı diqqətə çatdırıb ki, heç kim həmin mitinqə getməyəcək:

"Əli Kərimlinin mitinq çağırışına heç kim əhəmiyyət verməyəcək. Ötən 30 ildə o adamın əsl kimliyi və mahiyyəti ölkə ictimaiyyətinə yaxşı bəllidir”.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR