Şəmkir qorxu içində, Polis cinayətkarları tuta bilmir – VİDEOLAR

Şəmkir qorxu içində, Polis cinayətkarları tuta bilmir – VİDEOLAR

Bir müddət əvvəl saytımızda "Şəmkir polisi cinayətkarları niyə tutmur” başlıqlı yazi dərc olunmuşdu. Yazıda Şəmkir rayonunun Şiştəpə kəndində yaşayan Zaur, Zabil və Bəylər Aslanov qardaşlarının cinayətkar əməllərindən bəhs olunurdu. Yazıda bildirildi ki, redaksimıza Aslanov qardaşlarının cinayətkar əməlləri ilə bağlı zəng daxil olub. Adının çəkilməsini istəməyən şəxs bildirirdi ki, əvvəllər də bu qardaşlarin haqqinda iki nəfər Şəmkirlinin şikayəti DİN Şəmkir rayon Polis Şöbəsində baxilmaz vəziyyətdə qalib. Bundan sonra cəzasızliqdan ruhlanan Aslanov qardaşları daha bir cinayətə imza atıblar. Maraqlı burasıdır ki,  rayon ərazisində daha qəddar və vəhşi bir olay baş verməsinə baxmayaraq bu dəfə də rayon polisi hərəkətə keçməyib. Belə ki, Şiştəpə kəndinin üç sakini, Zaur, Zabil və Bəylər Aslanov qardaşları Şəmkir rayon sakinləri, Orxan və Şirxan Aşurəliyev qardaşlarını fərdi əməklə bağlı İrmaşlı kəndinə çağırıblar. Kəndin girişində onları qarşılayan Aslanovlar dərhal silaha əl ataraq onları diz üstə çökdürüb vəhşicəsinə döyüblər. Etdikləri hərəkətləri videoya çəkərək onları tanıyanlar arasında yayıblar. Bundan sonra döyülən və təhqir olunan Aşurəliyev qardaşları polisə müraciət etsələr də cinayətkarlarla bağlı heç bir tədbir görülməyib.

Araşdırmalarımız zamanı o da məlum olmuşdudu ki, Aşurəliyev qardaşlarını işgənçəylə döyənlərdən biri, Aslanov Zaur bir müddət əvvəl silah və narkotika ilə əlaqədar Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. İstintaq müddətində Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib və bir müddət burda qalıb. Yaxınlarda isə naməlum səbəbdən İstintaq Təcridxanasından zaminə götürülərək azadlığa buraxılıb. Maraqlı burasıdır ki, qardaşların yenidən torətdikləri hadisədən adıçəkilən idarənin xəbəri olsa da nə Zaur Aslanovla, nə də qardaşları ilə bağlı heç bir tədbir görülməyib.

Yazı saytımızda  dərc olunandan sonra nəinki aidiyyatı qurumlar cinayətkarlarla bağlı tədbir görməyib, əksinə Aslanov qardaşları onlar haqqında şikayət edənlərlə bağlı təhdid dolu hərəkətlər edirlər. Yeni gələn xəbərlərdə bildirilir ki, qardaşlar kənd cammatı arasında öz qoçuluqlarını nümayiş etdirərək onlara heç kimin bata bilməyəcəklərini bildirirlər. Şəmkirdə söz sahibi olduqlarını bildirilər. Güclərini göstərmək üçün bu dəfə qardaşlardan biri, Zaur Aslanov "Youtube”-də cinayətkar aləmin "avtoritet”lərindən olan, hal-hazırda həbsxana həyatı yaşayan Miran Novxanı ilə şəkillərini nümayiş etdirən meyxana yerləşdirib. Bununla da Şəmkirlilərə bildirmək istəyir ki, ondan qorxsunlar və o avtoritetlərlə oturub durduğundan qarşılarına çıxan hər kəsi əzib keçərlər. Ən maraqlısı da budur ki, Zaur Aslanov daha bir cinayətkar olaya da imza atıb. O, bu dəfə DİN Şəmkir Rayon Polis Şöbəsinin arxasında yerləşən kafelərin birində mübahisə zəmnində avtomat silahdan atəş açıb. Hadisənin vaxtını və təfərrüatını dəqiq bilməsək də görünən odur ki, bu dəfə də o, saxlanıldığı Polis İdarəsindən canını nəyinsə müqabilində qurtara bilib.

Məlumatlı mənbənin bildirdiyinə görə bu qardaşlardan nəinki Şiştəpə camaatı, rayon sakinlərinin hamısı çəkinir. Onların olduğu kafe-restoranlara, çayxanalara qorxusundan heç kim girmir. Kafe-restoran sahibləri onlar gələndə qorxularından iş yerlərindən uzaqlaşırlar ki, hansısa xoşagəıməz olayın predmetinə çevrilməsinlər.

Nəzərə alsaq ki, Vilayət Eyvazov nazir təyin edildikdən sonra cinayətkarlığa qarşı və bütün DİN strukturlarında pozitiv canlanma var, bəzi idarə və şöbələr köhnə ənənəlirdən əl çəkmək istəmir. Görünən odur ki, polis faktları ya yuxarılardan gizlədir, ya da ki, yuxarıların ciddi təzyiqi altında cinayətkarlara bata bilmir. Əks təqdirdə cinayətkarlara qarşı qəddarlığı ilə tanınan cənab general baş vermiş bu olaya etinasız qala bilməzdi.

Xəbər 4665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR