Şəhidlərin xatirəsini yad etmək üçün yaylım atəşi açıldı

Şəhidlərin xatirəsini yad etmək üçün yaylım atəşi açıldı

27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.

Aktual.az xəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR