Sankt-peterburqda metroda partlayış - 10 nəfər öldü, 50 nəfər yaralandı

Sankt-peterburqda metroda partlayış - 10 nəfər öldü, 50 nəfər yaralandı

Sankt-Peterburq şəhərinin metropolitenində partlayış baş verib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.   
Partlayışın "Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.
Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb. 
 
 
***
Rusiyanın Sank-Peterburq şəhərində "Sennaya Ploşad" metrostansiyasında partlayış baş verib.

AzNews.az yerli KiV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində yaralılar var.
Rusiyanın "REN TV" telekanalı 7 nəfər yaralının şəkillərini yayıb.
 

Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR