AB-dən Netanyahunun həbs tələbinə reaksiya

AB-dən Netanyahunun həbs tələbinə reaksiya

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS liderlərinin həbsinə order verilməsi tələbini şərh edib.
Aktual.az xəbər verir ki, baş diplomat bu barədə X səhifəsində yazıb.
"Müstəqil beynəlxalq qurum kimi BCM-in mandatı beynəlxalq hüquq normalarına uyğun olaraq ən ağır cinayətləri təqib etməkdir”, - Borrell bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS-ın 3 liderinin - Yəhya Sinvar da daxil olmaqla - həbsinə order verilməsini tələb etmişdi.
Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR