Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

42 deputatın parlamentin iyun ayında növbədənkənar iclasını çağırmaq üçün imza toplaması Milli Məclisin özünü buraxması anlamına gəlmir.
Bu barədə Aktual.az-a Milli Məclisə bağlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, adətən hər il 31 mayda yaz sessiyası bitsə də, müraciətlər əsasında deputatlar 15 iyuna kimi fəaliyyətlərini davam etdirirlər:
"Növbədənkənar sessiya hələ Milli Məclisin özünü buraxacağı nəticəsini çıxarmaq mənasında başa düşülməməlidir”.
O qeyd edib ki, növbədənkənar sessiya büdcəyə yenidən baxılması, o cümlədən vacib qanunların qəbulu və yaxud referendumla bağlı da ola bilər.
Qeyd edək ki, 42 deputatın imzası ilə Milli Məclisin iyunda növbədənkənar iclasını çağırması parlamentin özünü buraxacağı və yeni seçkiyə gediləcəyi ehtimallarını gündəmə gətirib.
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR