Məktəbi diskotekaya çevirən xanım direktor işdən qovuldu

Məktəbi diskotekaya çevirən xanım direktor işdən qovuldu

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.
Aktual.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.
Araşdırma nəticəsində Tamella Bayramova adlı məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, Tamella Bayramovanın məktəbi diskotekaya çevirdiyi, şagird və müəllimlərlə kobud rəftar etdiyinə dair məlumatlar yayılmışdı.
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR