Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian eyni helikopterdə uçmamalı idi.
Aktual.az xəbər verir ki, bu barədə İran mediası təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, H.Ə.Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşiminin başqa helikopterlə səyahəti planlaşdırılıb, lakin son anda hamısı bir helikopterə mindirilib.
Mənbə bildirir ki, əvvəlki pilotlar İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) seçildiyi halda, bu dəfə uçuş heyəti ordudan olub.
Qəzadan əvvəl helikopterə üç fərqli izləmə cihazı quraşdırılıb. Rəisini daşıyan avtomobildə standart GPRS və transponderlə yanaşı, 72 saat fasiləsiz siqnal ötürən xüsusi sistem olub.
Xəbər 152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR