Samuxda ağır yol qəzası: 2 ölü

Samuxda ağır yol qəzası:   2 ölü

 Samuxda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 30-da gecə saatlarında Qarayeri-Sarıqamış avtomobil yolunda qeydə alınıb.

Rayon sakini, Alim Kazımov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən maşını eyni istiqamətdə hərəkətdə olan Vilayət Qasımovun idarə etdiyi “T-40” markalı traktorun qoşqusuna çırpıb. Qəza nəticəsində “VAZ 21015”-in sürücüsü yaralanıb, avtomobildə olan iki sərnişin isə ölüb.Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Aktual.az

 
 
 
 
Xəbər 778 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR