Gəmi istifadəçilərinin təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər keçirib

Gəmi istifadəçilərinin təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, İsmayıllı rayonunun ərazisində yerləşən Aşıqbayramlı su anbarının sahilində, Lənkəran rayonunun Göyşaban kəndində və Xaçmaz rayonunun Turist qəsəbəsində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, sözügedən su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə sözügedən nəqliyyat vasitələrinin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR