Tramp və Netanyahu İrana qarşı üç ssenarini müzakirə ediblər

Tramp və Netanyahu İrana qarşı üç ssenarini müzakirə ediblər

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İrana qarşı üç ssenarini müzakirə ediblər.

Aktual.az-ın məlumatına görə, "Reuters" agentliyi bu barədə mənbələrə istinadən xəbər verib.

Agentliyin məlumatına əsasən, rəsmi Vaşinqton İranla ortaq məxrəcə gəlinməsini, iqtisadi sanksiyaların və blokadanın uzadılmasını, həmçinin genişmiqyaslı hərbi müdaxilənin başladılmasını özündə əks etdirən planları dəyərləndirib. Mənbələr bildirib ki, danışıqlar zamanı Netanyahu Trampa bir sıra alternativ variantlar təqdim etsə də, onların detalları mediaya açıqlanmayıb. İsrail hökumətinin başçısı ABŞ rəhbərinə ölkəsinin bu məsələdə Vaşinqtonun verəcəyi yekun qərarı gözlədiyini bildirib.

İsrailə yaxın mənbələrdən biri isə qeyd edib ki, İranla hazırkı münaqişədə Tramp "baş tərəfdaş", Netanyahu isə "kiçik tərəfdaş" rolunu oynayır.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR