Sahil Babayev Federasiya prezidenti seçildi

Sahil Babayev Federasiya prezidenti seçildi
  • İDMAN

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

Aktual.az-ın məlumatına görə, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib./Report
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR