Sabah Azərbaycanın dörd rayonunda qaz olmayacaq

Sabah Azərbaycanın dörd rayonunda qaz olmayacaq

Sabah ölkənin bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Aktual.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 24-də saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Neftçala şəhərinin və rayonun Həsənabad, Bankə, Şəbəkə qəsəbələrinin, həmçinin Kürkənd, Mirqurbanlı, Günəşli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda, Qaz İxrac İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Ağcabədi və Beyləqan rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR