Saakaşvili azərbaycanlı məmuru sərt tənqid etdi

Saakaşvili azərbaycanlı məmuru sərt tənqid etdi

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Dövlət Fiskal Xidmətinin fəaliyyətini tənqid edib.

Aktual.az APA-ya stinadən verdiyi məlumata görə, M. Saakaşvili İliçevsk dəniz limanına işgüzar səfər edib. O, Fiskal Xidmətin gömrüklərdə islahat apara bilmədiyini söyləyib:

“Bu adam gəldi, Roman Nəsirov. Kameralar qarşısında bildirdi ki, dəyişikliyə nail olacaq. Heç nə dəyişməyib. Hər şey əvvəlkindən pisdir. Yanukoviçin dövründəkindən də pisdir. Mən bu gömrükdə keşik çəkəcəyəm, mən onları, bu korrupsiyalaşmış və çürümüş strukturu insanlardan əl çəkməyə məcbur edəcəyəm”.

M. Saakaşvili sahibkarların şikayəti əsasında limana gəldiyini söyləyib. Belə ki, iş adamları yüklərin heç bir səbəb göstərilmədən gömrükdə ləngildildiyini deyiblər.      

Qeyd edək ki, Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunmuş R. Nəsirovun atası azərbaycanlıdır.  

 
Xəbər 803 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR