Rövşən Bağırovu Lerikdən Nizamiyə dəyişirlər – Özü danışır

Rövşən Bağırovu Lerikdən Nizamiyə dəyişirlər  – Özü danışır

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri təyin olundu.

İcra başçısının komitə sədri təyinatından sonra mətbuatın müzakirə etdiyi əsas mövzulardan biri paytaxtın aparıcı rayonlarından olan Nizamiyə, kimin rəhbər təyin olunacağı ilə bağlıdır.

Aktual.az-a daxil olan məlumata görə, Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə digər rayonlardan olan icra başçılarından biri təyin olunacaq. Bu sırada ən şanslı namizəd Lerik rayon  İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur.

Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün Lerik rayon  İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun özü ilə söhbətləşib.

Portalımıza açıqlamasında icra başçısı bildirib ki, bu barədə ilk dəfədir eşidir:

“Mənim bu məsələdən xəbərim yoxdur. Bu təyinat cənab Prezident İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir. Cənab Prezident, necə məsləhət bilsə, elə də olacaq”.

Adnan // Aktual.az

Xəbər 5176 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR