Azərbaycan Mərkəzi Bankı ölkədə bankların birləşməsini dəstəkləyir.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, çünki bu proses maliyyə institutlarının səmərəliliyini və dayanıqlılığını artıra bilər:
"Amma burada konsolidasiyanın formasını da nəzərə almaq lazımdır. İki problemli bankın birləşdirilməsi daha böyük problemlərə yol aça bilər. Buna görə də biz belə konsolidasiyanın tərəfdarı deyilik. Əksinə, iki və ya daha çox bankın birləşərək daha güclü maliyyə strukturu yaratmasını dəstəkləyirik. Bu proses birləşmə və ya satınalma yolu ilə həyata keçirilə bilər".
"Ümumilikdə, biz maliyyə sektorunda konsolidasiyanı dəstəkləyirik və bu istiqamətdə proseslərin davam edəcəyini düşünürük. Çünki ölkəmiz və iqtisadiyyatımız nisbətən kiçikdir və bazarda çoxsaylı kiçik oyunçuların fəaliyyət göstərməsi zəruri deyil".
Xəbər 72 dəfə oxunub.