Rusiyanın Kreml Saraynda Müslüm Maqomayevə həsr olunmuş konsert olacaq

Rusiyanın Kreml Saraynda Müslüm Maqomayevə həsr olunmuş konsert olacaq

Aprelin 23-də Dövlət Kreml Sarayında Azərbaycan müğənnisi və bəstəkarı, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş "Sənsiz mahnı yoxdur” adlı qala-konserti keçiriləcək.

Aktual.az xəbər verir ki, "Rusiya Filarmoniyası” Moskva Şəhər Simfonik Orkestrinin müşayiətilə konsertdə "XXI əsrin Tenor A” art layihəsinin solistləri və bas-bariton Nikolay Ryabuxa çıxış edəcəklər. Orkestrin dirijoru Sergey Tararindir.

Tamaşaçılar Müslüm Maqomayevin repertuardan "Gözəllik kraliçası”, "Yer üzünün ən yaxşı şəhəri”, "Şeytan çarxı”, "Mənə deyin, qızlar”, "Melodiya”, "Sənə minnətdaram”, "Mavi əbədiyyət” mahnılarını və digər bəstələri dinləyəcəklər.
Xəbər 1104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR