Rusiyalı deputat: "Xocalıda törədilənlər dəhşətli vəhşilikdir"

Rusiyalı deputat:

"Hesab edirəmn ki, Xocalı hadisələrinin, orada baş vermiş qırğının Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır. Bu faciəni hamımız öz faciəmiz kimi qəbul edirik. Onun tanınması üzərində çalışmalıyıq".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyevdeyib.
"Xocalıda törədilənlər dəhşətli vəhşilikdir. Günahsız qocalar, qadınlar, uşaqlar öldürülüb. Uşaqlar ölüb, deməli, həm də onların uşaqları, uşaqlarının uşaqları ölüb. Azərbaycanın gələcəyinin bir qismi ölüb", - D.Savelyev deyib.
Onun sözlərinə görə, bu gün dünyada bu dəhşətli cinayətin tanınması üzrə proseslər gedir.
 
Aktual.az 
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR