Rusiyada daha bir ticarət mərkəzi boşaldıldı - Yenə yanğın

Rusiyada daha bir ticarət mərkəzi boşaldıldı - Yenə yanğın

Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub.
Məlumata görə, təhlükəsizlik siqnallarının işə düşməsindən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Məlum olub ki, yanğın ticarət mərkəzində yerləşən kafelərdən birində baş verib.

Yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb.
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR