Rusiya XİN 25-dən çox ölkənin səfirinə etiraz notası verəcək

Rusiya XİN 25-dən çox ölkənin səfirinə etiraz notası verəcək

"Skripal işi” üzrə rusiyalı diplomatları çıxaran ölkələrin səfirlərinə etiraz notası təqdim ediləcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, həmin ölkələr cavab tədbirləri barədə məlumatlandırılacaq.
Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb. 

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib. Daha sonra NATO üzvü olan 25-dən çox ölkə "Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edib. 
 
Aktual.az
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR