Rusiya xarici işlər naziri Tahir Salahovun sərgisində iştirak edib

Rusiya xarici işlər naziri Tahir Salahovun sərgisində iştirak edib

Rusiya Xarici İşlər Nazirliyinin "Qonaq Evində” Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahovun sərgisi keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, Tahir Salahov jurnalistlərə acıqlamasında Bakıda keçirilən sərgisində Serqey Lovrovun iştirak etdiyini bildirərək, onu Rusiya Xarici İşlər nazirliyinin ordeni ilə təltif etdiyini bildirib.
"Bakıda Serqey Lavrov mənin sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirilmək istədiyini bildirdi. Mənin sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir yerdir. Mən sərgimin burada keçirilməsindən qürqr duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlər nümayiş olunur. Və biz gərək onları unutmayaq” deyə Tahir Salahov bildirib.
 
Aktual.az
Xəbər 1393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR