Rusiya və Ermənistan münasibətləri... – Zaxarova

Rusiya və Ermənistan münasibətləri... – Zaxarova
  • DÜNYA

İkitərəfli münasibətlərin inkişafında həm erməni, həm də rus gəncləri mühüm rol oynaya bilər. Gənclər ölkələrimiz arasında dinc yanaşı yaşamağın, dostluğun və ən yaxşı münasibətlərin inkişafının tərəfdarı olmalıdırlar.

Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya deyib.

"Ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədə olmalıdır. Bu, sadəcə rəsmi sənədlərdə yazılanlardan daha üstün səviyyədə olmalıdır. Çünki bunun arxasında çoxəsrlik tarixi əlaqələr, mədəni yaxınlıq, o cümlədən dini baxışlar sahəsində yaxınlıq dayanır. Bunu ən yaxşı şəkildə ‘ənənəvi dəyərlər’ ifadəsi ilə təsvir etmək olar. Bundan başqa, ölkələrimiz arasında çoxsaylı ailələrin qurulması da münasibətlərimizin müasir əsasını təşkil edir. Elə nəsillər yetişib ki, onlar özlərini iki ölkənin mədəniyyətindən ayrı görmürlər.

Münasibətləri bütün istiqamətlərdə inkişaf etdirməliyik. Bu, həm coğrafi yaxınlıq, həm də Ermənistan üçün öz məhsullarını və imkanlarını ölkəmiz vasitəsilə digər istiqamətlərə çıxarmaq baxımından mühüm nəqliyyat imkanları ilə bağlıdır”, - Zaxarova bildirib.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR