Belə davam etsə, Rusiya məğlub olacaq - Züqanov

Belə davam etsə, Rusiya məğlub olacaq - Züqanov
  • DÜNYA

Mövcud siyasi kurs və Ukraynaya qarşı müharibə davam edəcəyi təqdirdə Rusiya son nəticədə məğlub olacaq.

Aktual.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.

Züqanov Moskvanı "ədalət, dostluq və sosializm” siyasətinə keçməyə çağırıb:

"Əgər siyasi kurs dəyişməsə və bu yorucu müharibə davam etsə, hamı uduzacaq. Sol mərkəzçi dönüş olmadan, ədalətə, dostluğa və sosializmə qayıtmadan bu qələbəni möhkəmləndirmək mümkün deyil”.

O, Kremlin hazırkı iqtisadi siyasətini də tənqid edib. Partiya lideri qiymətlərin artdığını və Rusiyanın texnoloji baxımdan geridə qaldığını qeyd edib:

"Biz 20 il ərzində heç olmasa, öz telefonumuzu belə istehsal edə bilməmişik”.

Züqanovun sözlərinə görə, dünya iqtisadiyyatı ildə 3–4% böyüdüyü halda, Rusiya artıq 15 ildir ki, təxminən 1% artım nümayiş etdirir.

Bundan əlavə, Züqanov Ukraynaya qarşı genişmiqyaslı müharibə illərində Rusiyadakı oliqarxların sayının 105 nəfərdən 155 nəfərə yüksəldiyini bildirib. Onun sözlərinə görə, rusiyalı oliqarxların ümumi sərvəti 700 milyard dollar təşkil edir.
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR