Rusiya və Azərbaycan arasında investisiyalara dair mühüm - RAZILAŞMA

Rusiya və Azərbaycan arasında investisiyalara dair mühüm   - RAZILAŞMA

“Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi rekord vurub”.

Dövlət Duması Rusiya Federasiyası və Azərbaycan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında razılaşmanı təsdiq edib. Razılaşma 2014-cü ilin sentyabr ayının 29-da Həştərxanda imzalanıb.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, razılaşma sərmayələrin hər iki ölkənin qanunları ilə müəyyən edilmiş qaydalara riayət edilərək ictimai maraqların qorunması istiqamətində həyata keçirilən tədbirlər istisna olmaqla, milliləşdirmə, eksproprkasiya və ya analoji nəticəsi olan tədbirlərə məcburi müsadirəyə qarşı investisiyaların qorunmasının zəmanətini nəzərdə tutur.

Sənəd həmçinin investorların məhkəmə müdafiəsini, beynəlxalq arbitraj da daxil olmaqla investisiya mübahisələrinin həll edilməsinə də zəmanət verir. Razılaşma investisiyalara əgər hər iki ölkənin qanunvericiliyi və ya beynəlxalq müqavilələr ilə nəzərdə tutulubsa daha səmərəli rejim təqdim etmək öhdəçiliyini nəzərdə tutur.

Razılaşma 1992-ci ilin yanvar ayının 1-dən sonra investorlar tərəfindən həyata keçirilən bütün investisiyalara şamil edilir. Bununla yanaşı razılaşma onun qüvvəyə minməsinə qədər yaranan investisiya mübahisələrinə tətbiq edilmir.

“Rusiya və Azərbaycanı sıx iqtisadi-ticari münasibətlər bağlayır, əmtəə dövriyyəsi artır, 2014-cü ildə rekord vurulub – mal dövriyyəsi – 4 milyard dollardan artıq olub. Rusiya ixracatı artır və mal dövriyyəsinin 75%-ni təşkil edir”, - deputatlar qarşısında çıxış edən RF-nın İqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin əvvəlində Rusiyanın Azərbaycana investisiyalarının həcmi təxminən 1 milyard 400 milyon dollara çatıb:

“Avrasiya Bankının və onun ekspertlərinin qiymətləndirməsinə görə, 2015-ci ilin əvvəli üçün Rusiyanın Azərbaycanda investisiyası 1 milyard 400 milyon dollardan ibarətdir. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 200 milyon dollar məbləğində dəyərləndirilir”.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR