Rusiya Türkiyədən ət idxalını dayandırır – Gərginlik artır

Rusiya Türkiyədən ət idxalını dayandırır   – Gərginlik artır
  • DÜNYA

Dekabrın 1-dən etibarən Rusiya Türkiyədən ət məhsullarının idxalını dayandıracaq.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, qərar Rusiya təyyarəsinin vurulmasından sonra verilib.

Ət məhsulları Türkiyənin Rusiyaya ixrac etdiyi ərzaqlar arasında böyük paya malikdir. Belə ki, təkcə ötən il Rusiyaya 16 milyon dollarlıq toyuq əti ixrac edilib. Bu rəqəmin, 2015-ci ilin sonunda 23,5 milyon dolları olacağı gözlənilirdi. Amma Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması vəziyyəti dəyişib.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti gərginləşdirib. Rusiya sərhədə hərbi gəmi yerləşdirib və Türkiyədəki səfirini geri çağıra biləcəyini qeyd edib.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR