Rusiya geyim bazarında ciddi böhran yaşanır

Rusiya geyim bazarında ciddi böhran yaşanır

Rusiya geyim və ayaqqabı satıcıları istehlak tələbinin düşməsi və alıcıların qənaət rejiminə keçməsi fonunda 30%-dən 90%-ə qədər endirimlərlə kütləvi satışlara başlayıblar.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, genişmiqyaslı endirimlər elan edən brendlər arasında "Gate31”, "Chois”, "Viva la Vika”, "Feelz” və digərləri var.
"Gate31” ilk rübdə 31 milyon rubl zərər etdikdən sonra 31% endirimli satışa başlayıb. ”Chois” qiymətləri 30% endirib və biznesi bağlamağı düşünür, "Feelz” isə satışların kəskin azalması səbəbindən 90%-ə qədər endirim təklif edib. Bütün bunlara səbəb alıcılıq fəaliyyətinin azalması, rusların qənaət meylinin və ƏDV-nin 22%-ə qədər artmasıdır.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR