BMT keçmişin reallıqlarını deyil, mövcud geosiyasi şərtləri əks etdirmək üçün islah olunmalıdır.
Aktual.az-ın verdiyi məlumata görə, bunu təşkilatın Baş katibi Antonio Quterreş BRICS sammitinə ünvanladığı müraciətdə deyib.
"Bu günün iqtisadi, demoqrafik və geosiyasi reallıqları 1945-ci ildəki vəziyyətdən fərqlənir. Bizim strukturlarımız da bunu əks etdirməlidir", - deyə o bildirib.
Quterreş qeyd edib ki, "bu sammitdə təmsil olunan ölkələr dünyadakı reallıqların nə dərəcədə dəyişdiyinin göstəricisidir. Biz getdikcə daha sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik".
Xəbər 27 dəfə oxunub.