Rusiyada spirtli içki istehlakı son 30 ilin ən aşağı səviyyəsinə düşüb.
Aktual.az xəbər verir ki, avqust ayında ölkədə son 12 ay üzrə adambaşına alkoqol istehlakı 7,52 litrə enib. İlin əvvəlindən bu göstərici 0,54 litr azalıb.
Sonuncu dəfə Rusiyada bu qədər aşağı göstərici 1996-cı ildə qeydə alınıb. Həmin vaxt adambaşına istehlak təxminən 7,5 litr təşkil edib.
Ayrı-ayrı bölgələr üzrə göstəricilər belədir:
Moskva – 4,45 litr;
Sankt-Peterburq – 5,94 litr;
Novosibirsk vilayəti – 7,75 litr;
Tatarıstan – 9,81 litr;
Sverdlovsk vilayəti – 9,85 litr.
Bununla belə, 1996-cı illə müqayisədə mühüm bir məqam nəzərə alınmalıdır. 2008-ci ildən əvvəlki statistika əsasən rəsmi alkoqol satışlarına söykənir. 1990-cı illərdə isə Rusiyada qeyri-leqal alkoqol bazarının payı olduqca yüksək olub və ayrı-ayrı illərdə satışların təxminən üçdə ikisinə qədər çatıb. Buna görə də həmin dövrün faktiki istehlakı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilərdi.
Xəbər 32 dəfə oxunub.