FİFA və UEFA Rusiya ilə bağlı yeni qərar qəbul edib.
Aktual.az xəbər verir ki, məlumatı "Matc TV" yayıb.
Bildirilib ki, sözügedən qurumlar Rusiya komandalarının beynəlxalq turnirdə iştirak etməsinə qoyulan qadağanı davam etdirmək qərarına gəlib.
Bu isə o deməkdir ki, Rusiya millisi DÇ-2026-nın seçmə mərhələsinə buraxılmayacaq.
Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxilə etməsi səbəbindən bu ölkənin komandaları beynəlxalq yarışlara qatıla bilmir.
Xəbər 209 dəfə oxunub.