MEDİA-da Məhəmməd Əl-Yami ilə ikitərəfli görüş keçirildi – FOTOLAR

MEDİA-da Məhəmməd Əl-Yami ilə ikitərəfli görüş keçirildi – FOTOLAR

Medianın İnkişafı Agentliyində (MEDİA) İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş keçirilib.
 
Aktual.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və rəqəmsal savadlılığın təşviqi, eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.
İsƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə süni intellekt alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib.
O bildirib ki, kontentin hazırlanması, yoxlanılması və idarə olunmasında yeni texnologiyaların tətbiqi peşəkar jurnalistika prinsiplərinə və etik standartlara uyğun şəkildə həyata keçirilməlidir.
Görüş zamanı media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin təşviqi, media sahəsində innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

md 42md 43md 44md 45


Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR