Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Azərbaycana səfər edəcək.
Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, səfər iyunun 23-də baş tutacaq.
TBMM sədri səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Qeyd edək ki, İƏT Pİ Konfransı 22-25 iyun tarixlərində Bakıda keçiriləcək.
Xəbər 44 dəfə oxunub.