DÇ-də yeni QAYDALAR

DÇ-də yeni QAYDALAR

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi FIFA Dünya Çempionatı futbol azarkeşlərinə yalnız maraqlı oyunlar deyil, həm də bir sıra yeniliklər təqdim edəcək.
Aktual.az milliaz-a istinadən xəbər verir ki, turnir zamanı Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qəbul etdiyi yeni qaydalar ilk dəfə böyük beynəlxalq yarışda tətbiq olunacaq. Məqsəd oyunun sürətini artırmaq, vaxt itkilərinin qarşısını almaq və hakim qərarlarının daha dəqiq olmasını təmin etməkdir.
Yeniliklərə əsasən, künc zərbələri və qapı zərbələrinin yerinə yetirilməsi üçün müəyyən vaxt məhdudiyyəti tətbiq ediləcək. Qaydaların pozulması halında topun rəqib komandaya verilməsi nəzərdə tutulur.
Əvəzetmə prosesində də dəyişikliklər olacaq. Oyuna daxil olan futbolçular üçün vaxt limiti müəyyənləşdirilib. Bu müddətə əməl edilmədiyi təqdirdə komanda müəyyən müddət meydanda azlıqda qalmaq riski ilə üzləşəcək.
VAR sisteminin səlahiyyətləri də genişləndiriləcək. Videoköməkçi hakimlər bəzi əlavə epizodlarda müdaxilə etmək imkanına malik olacaqlar ki, bu da mübahisəli qərarların sayının azalmasına kömək etməlidir.
Futbol ictimaiyyəti yeni qaydaların oyunun dinamikasına necə təsir göstərəcəyini maraqla gözləyir. Dünya çempionatında tətbiq olunacaq dəyişikliklərin gələcəkdə digər beynəlxalq turnirlərdə də istifadə olunacağı istisna edilmir.
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR