Rumıniya əhalisinin sayı azalmağa doğru istiqamətlənir.
Aktual.az-ın Trend-ə istinadən məlumatına əsasən, Rumıniya əhalisinin sayı 20 milyon nəfərdən aşağı düşüb.
Milli Statistika İnstitutunun direktoru Andrey Tudorel bildirib ki, əgər 90-cı illərdə azalmanın səbəbi ölkədən gedən vətəndaşların sayı idisə, son illərdə bu, doğum səviyyəsinin azalması ilə izah olunur.