Roza Zərgərli od püskürdü - Gənclər intiharı çıxış yolu bilirlər

Roza Zərgərli od püskürdü  - Gənclər intiharı çıxış yolu bilirlər

Müğənni Roza Zərgərli Sumqayıtda intihar edən qız ilə bağlı hadisəyə öz fikrini bildirib.

BiG.AZ bildirir ki, ifaçı bu intiharın səbəbini universitetdə yox, qızların asudə vaxtlarını səmərəli keçirə bilməməsi ilə əlaqələndirib:

"Sumqayıtda imtahandan kəsildikdən sonra intihar edən tələbənin ölümünün günahkarı təkcə universitet rəhbərliyi deyil, bu həm də gənclərin xüsusən də qızların həyata inamlarının olmaması ile bağlıdır. Oğlanlar heç olmasa başlarını çayxana, domino, topaz, futbol ve başqa şeylərlə qatır, ancaq qızlarımız asudə vaxtlarını səmərəli keçirə bilmirlər ve çıxış yolunu intiharda görürler. Yeni gənc xanımların məşğuliyyət sahələri çox azdır, onlar yalnız seriala baxmaq, nauşnikdə mahnı dinləmək, instagramda məşhurlara comment yazmaqla kifayətlənirlər, cəmiyyətdə olan streotipler ve mental dəyərlər qızlarımızı depresiyaya salır. Təhsil nə qədər önəmlidirsə, gənclərimizin özgüvəni, həyata sevgisi, pozitivliyi də bir o qədər əhəmiyyətli olmalıdır. Ona görə də bu durumdan çıxış yolu tapmaq çox vacibdir, eks halda intiharlar arta bilər".

// Aktual.az

Xəbər 3780 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR