Robert Koçaryan Nikol Paşinyanı hədələyib

Robert Koçaryan Nikol Paşinyanı hədələyib

"Fikrimcə, hakimiyyətin məsələsi bütün hallarda küçələrdə, növbədənkənar seçkilərdə həll olunacaq”.

"Report” xəbər verir ki, bunu Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryan "Qolos Armeniya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu keyfiyyətdə idarəetmə ilə hakimiyyət uzun müddət tab gətirməyəcək və yenidən seçilmək perspektivi də yoxdur: "Seçicilər populist çıxışlardan boğaza qədər doyacaq və seçkidə daha diqqətli olacaqlar. Adətən populistləri daha təcrübəlilər əvəz edir.
Payızda müxalifətin birləşməsi prosesi başa çatacaq, siyasi mübarizə sistemli və genişmiqyaslı xarakter alacaq. Dövlət maşını ictimaiyyətə məlum rejimdə, saat kimi işləməlidir. Bunsuz ölkənin modernləşdirilməsi, islahatların keçirilməsi və səmərəli idarə mümkün deyil”.
Özü haqqında suala cavab verən R.Koçaryan Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq etməsini və Ermənistandakı prezidentliyini nümunə göstərib və bunları "uğurlu" adlandırıb: "Son 10 ildə isə sərmayə şirkətinin Direktorlar Şurasına başçılıq etmişəm. Ermənistanda məndən başqa belə bir adam yoxdur”.
Qeyd edək ki, 2018-ci ilin may ayından Ermənistanı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət idarə edir. Sabiq prezident Robert Koçaryan isə 2008-ci il martın 1-də Yerevanda etiraz aksiyalarının güc tətbiqi ilə dağıdılmasına görə ittiham olunur.
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR