Qədr gecəsi içkili foto paylaşdılar, işdən çıxarıldılar

Qədr gecəsi içkili foto paylaşdılar, işdən çıxarıldılar

Türkiyənin "Pegasus Airlines” şirkətinin bir qrup əməkdaşının aprelin 27-si Qədr gecəsi günü paylaşdıqları foto ölkədə böyük narazılıqlara və müzakirələrə səbəb olub.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup şəxs Qədr gecəsi günü əllərində içki ilə foto çəkdirib. Sözügedən fotonu isə masa arxasında olan şəxslərdən biri "Qədr gecəsi özəl. Rəbbim qəbul etsin” şərhi ilə öz şəxsi sosial şəbəkə hesabında paylaşıb.

Foto sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər bunu İslam dininə və müsəlmanların inancına hücum və hörmətsizlik olaraq qiymətləndiriblər.

Bunun ardınca "Pegasus” şirkəti məsələ ilə bağlı açıqlama verib və bildirib ki, həmin əməkdaşlarla bağlı qərar etika üzrə məsul qurum tərəfindən veriləcək. Daha sonra isə, fotoda yer alan əməkdaşların işdən çıxarıldığı məlum olub.
Xəbər 1475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR