“Real Madrid"in prezidenti "Barselona" üzərində qələbəyə münasibət bildirib

“Real Madrid
  • İDMAN

"Real Madrid" futbol klubunun prezidenti Florentino Peres komandasının İspaniya Superkubokunda "Barselona" ilə oyunda qazandığı qələbəyə münasibət bildirib.
Bu barədə Aktual.az "Marca”ya istinadən xəbər verir.
"Mən xoşbəxtəm, çünki azarkeşlər yaxşı oyun görməkdən məmnundurlar. Gördüyünüz kimi, burada Səudiyyə Ərəbistanında ən xoşbəxt gecələrindən birini keçirən "Real Madrid”in xeyli azarkeşi var”, - o deyib.
Xatırladaq ki, "Real Madrid" və "Barselona"nın qarşılaşdığı İspaniya Superkubokunun final oyunu başa çatıb. Komandalar Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) "Əl-Avval Park” stadionunda çıxış ediblər. Qarşılaşmanı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "Real Madrid" "Barselona"nı 4:1 hesabı ilə məğlub edərək İspaniya Superkubokunun qalibi olub.


Xəbər 144 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR