“Real Madrid” İspaniya çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça çatdırıb

“Real Madrid” İspaniya çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça çatdırıb
  • İDMAN

"Real Madrid” ardıcıl 12 matçdır İspaniyanın futbol üzrə çempionatında uduzmur.
Aktual.az xəbər verir ki, Madrid klubu 9 oyunda qalib gəlib, üç dəfə heç-heçə edib.
Xatırladaq ki, İspaniya çempionatının XVIII turunun matçında "Alaves" "Real"ı qəbul edib. Vitoriyada, "Mendisorroza” stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Real"a qələbə qazandıran qolu 92-ci dəqiqədə Lukas Vaskes vurub. Qeyd edək ki, "Real" Naço Fernandezin meydandan qovulmasından sonra 54-cü dəqiqədən azlıqda çıxış edib.
Xatırladaq ki, "Real” 45 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində birinci pilləyə qayıdıb. İkinci pillədə qərarlaşan "Jirona" da eyni xala malikdir. "Alaves" isə öz növbəsində 16 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
İspaniya çempionatının növbəti turunda "Alaves" "Real Sosyedad", "Real" isə "Malyorka" ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 2-də və 3-də baş tutacaq.

Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR