Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR

Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.

Bu barədə "Report"a açıqlamasında xalq artisti özü məlumat verib.
O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim, onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib: "Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə artıq müayinə üçün mənə xəbər edəcəklər".
Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib: "Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə hələ ki, davam edir".
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.
 
Aktual.az
Xəbər 1000 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR