Rasim Balayev: “Utanc vəziyyətdəyik”

Rasim Balayev: “Utanc vəziyyətdəyik”

"Vətən müharibəsindəki qələbədən 3 il keçməsinə baxmayaraq boşluqdayıq”.
Aktual.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu Rasim Balayev verilişlərin birində qonaq olarkən deyib. Onun sözlərinə görə, hələ də Vətən müharibəsində iştirak edən, şəhid olan igidlərimizlə bağlı kino sahəsində boşluq var:
"Bizim yaralı yerimizdir. Kino sahəsində çox boşdayıq. Biz onları ekrana gətirməliyik. Onların çəkdiyi psixoloji durumları, qəhrəmanlıqları həm bugünkü, həm də gələcək nəsillərə göstərməliyik ki, sənin torpağın qanla, qəhrəmanlıqla alınıb. Bu mənada biz kino işçiləri utanc vəziyyətdəyik. Hesab edirəm ki, qələbədən artıq 3 il keçməsinə baxmayaraq boşluqdayıq”.

Xəbər 1939 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR