Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa

Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa

İrəvan meriyasında yayımlanan videolarda Ağrı dağının (Ararat) görüntüsünün yer almaması ilə bağlı yeni göstəriş verilib.

Aktual.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, müxtəlif şöbələrə kadrlarda Ağrı dağı göründüyü halda həmin videoları silmək və dağın əks olunmadığı yeni versiyalar hazırlayaraq paylaşmaq tapşırılıb.

Eyni zamanda, Ermənistan hakimiyyəti ölkəyə giriş və çıxış zamanı pasportlara vurulan möhürdəki Ağrı dağının təsvirini götürüb, yeni pasportun nümunəsində isə Xor Virap monastırını Ağrı dağının görünmədiyi rakursdan təsvir edib. (milli.az)
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR