QMİ: Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb

QMİ: Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb

"Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarları bu il də AZAL milli aviaşirkətinin təyyarələri aparacaq. Artıq bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə həmin qurum arasında müqavilə imzalanıb”.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Bildirilib ki, avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq: "Zəvvarlar üçün 6 təyyarə ayrılıb. Gediş üçün gün ərzində planla nəzərdə tutulan 2-3 dəfə, dönüş üçün isə 2 reys olacaq”.
Eyni zamanda, Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan sənədlərini təqdim edib, onların içərisində hələlik təkrar getmək istəyənlər yoxdur.
Hazırda iki məsciddə həccə gedəcək zəvvarlar üçün təlimlər keçirilir.
Xatırladaq ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota qoyulub. Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.
Xəbər 148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR