Qırğız toyunda zəhərlənmə - 100 nəfər xəstəxanaya düşdü

Qırğız toyunda zəhərlənmə - 100 nəfər xəstəxanaya düşdü

Qırğızıstanın paytaxtı Bişkekdə restoranlardan birində kütləvi zəhərlənmə baş verib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, zəhərlənmə nəticəsində 100 nəfər xəstəxanaya yerləşdirilib.
Respublika Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 89 nəfər İnfeksion xəstəxanaya, daha 11 nəfər İssık-Kul vilayət infeksion xəstəxanasına yerləşdirilib.
Zəhərlənənlər arasında 19 uşağın olduğu bildirilir. Məlumata görə, daha 50 nəfər ambulator müalicə keçirir.
Hazırda zəhərlənməyə səbəb olması ehtimal edilən qida nümunələri laborator müayinələrə cəlb olunub.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR